GÜNÜN ŞƏRHİ
Ötən il “G-20” toplantısından sonra dünya dövlətlərini iqtisadi böhrana hazır olmağa ilk olaraq Avropa dövləti çağırsa da, məlum oldu ki, böhrana ən hazırlıqsız dövlətlər elə Avropa İttifaqı dövlətləridir. Hətta ittifaq üzvlərindən Yunanıstanın defolt ərəfəsində olması belə Avropanı narahat etmir. Səbəb aydın və qeyri-praqmatikdir – Avropa İttifaqı Yunanıstanda gedən prosesləri iqtisadi deyil, siyasi prizmadan dəyərləndirir. Avropada hesab edirlər ki, hakimiyyət dəyişikliyindən sonra Yunanıstan dəstəyə layiq deyil, çünki ölkənin xarici siyasət kursu Avropaya qarşı, Rusiyaya doğru meyllənib. Baş nazir Çiprasın Avropa siyasətində Rusiyanı tam dəstəkləməsi birlik üzvlərinə soyuqqanlı qərar qəbul etmək imkanı vermir. Baxmayaraq ki, emosiyalara əsaslanan siyasətin nə nəticə verəcəyini isə avropalılar özləri də etiraf edirlər – Yunanıstan avrozonadan çıxarılsa və defolt baş versə, bu proses domino prinsipi bütün Şərqi Avropa ölkələrinə sirayət edəcək. Bu prizmadan yanaşdıqdan Yunanıstanı Avrozonadan çıxarmağa hazırlaşanların məntiqini anlamaq çətindir. Hətta bu məntiq Avropa İttifaqının üzərinə düşən iqtisadi ağırlığı azaltmağa hesablansa belə...