Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Xaçmaz rayon sakini Salamat Hacımuradovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə S. Hacımuradov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Binəqədi rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz rayon sakini, əvvəllər məhkum olunmuş Salamat Hacımuradov tutulub.
Ondan 4 kiloqram marixuana götürülüb.