Aprelin 23-də Təhsil Nazirliyində nazir Mikayıl Cabbarovun əmri ilə Tənzilə Şıxıyeva və Eldar Əliyevə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” təqdim olunub. Nazirlikdən Lent.az-a verilən məlumata görə, təhsil nazirinin müavini Firudin Qurbanov təltifləri təqdim edərək hər iki orta ixtisas təhsili müəssisəsinin zəngin inkişaf yolu keçdiyini bildirib və müvafiq sahələr üzrə kadr hazırlığı baxımından mühüm uğurlar qazandığını vurğulayıb, tədrisin təşkilində əldə etdikləri nailiyyətlərə və səmərəli fəaliyyətlərinə görə müəssisə rəhbərlərinə təşəkkürünü bildirib.
T. Şıxıyeva və E. Əliyev onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını söyləyib, Təhsil Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Tənzilə Şıxıyeva və Eldar Əliyev yaş həddi ilə bağlı öz ərizələrinə əsasən, tutduqları vəzifədən azad ediliblər. T. Şıxıyeva və E. Əliyev kollec direktoru vəzifəsində 35 ilə yaxın səmərəli fəaliyyət göstəribər. Onların əməyi dövlət səviyyəsində layiqincə qiymətləndirilib. Təhsilinin inkişafındakı xidmətlərinə görə, prezidentin Sərəncamları ilə T. Şıxıyeva 2005-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib, 2011-ci ildə “Əməkdar müəllim” fəxri adı alıb. E. Əliyev isə 2008-ci ildə “Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.