Sabah, 12 iyun paytaxt Bakı I Avropa Oyunlarının açılışına ev sahibliyi edəcək.
Nəqliyyatın İntellektual İdarəetməsi Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, açılış mərasimi ilə əlaqədar paytaxtın bir neçə küçə və prospektlərində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.
Beləliklə, sabah saat 16:00-dan gecə saat 02:00-dək nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağı yollar aşağıdakılardır:
- Heydər Əliyev prospekti, Babək qovşağından Sabunçu qovşağınadək;
- Mehdi Hüseyn küçəsi, Parlament prospekti dairəsindən Teymur Elçin küçəsi ilə kəsişməsinədək.