Sabah temperatur 38 dərəcəyə qalxacaq
14 avqust 2013 12:37 (UTC +04:00)

Sabah temperatur 38 dərəcəyə qalxacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti avqustun 15-ə gözlənilən hava proqnozunu açıqlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometerologiya Departamentindən Lent.az-a verilən məlumata görə, avqustun 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu və yağmursuz  olacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək. Temperatur gecə 22-24 dərəcə, gündüz 33-35 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da hava  yağmursuz olacaq. Şimal küləyi əsəcək. Aran rayonlarında gecə 19-24  dərəcə, gündüz 33-38 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə, gündüz 23-28 dərəcə isti olacaq. İsti havalar avqustun 18-dək davam edəcək. Bu müddətdən sonra isə havanın temperaturunun tədricən aşağı düşəcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 666

Oxşar yazılar