Regionların inkişafı üzrə üçüncü Dövlət Proqramı hazırlanır
31 avqust 2013 10:57 (UTC +04:00)

Regionların inkişafı üzrə üçüncü Dövlət Proqramı hazırlanır

 

“Bizim regional inkişaf proqramımızın əsas mənbəyi xalqdır. Proqramın əsas istiqaməti də Azərbaycan xalqına xidmət etməkdir”. Lent.az-ın məlumatına görə, bunu prezident İlham Əliyev Sabirabadda Kür çayı üzərində yeni inşa olunan körpünün açılışında çıxışı zamanı bildirib. O qeyd edib ki, hazırda regionların inkişafı üzrə ikinci Dövlət Proqramı başa çatır. Proqram demək olar ki, artıqlaması ilə icra edilib: ”Regionların sosial-iqtisadi inkişafı üzrə üçüncü Dövlət Proqramı hazırlanır, gələn ilin əvvəlində qəbul ediləcək. Üçüncü Proqram da yerlərdə verilən təkliflərin əsasında tərtib edilir. Çünki yerlərdə yaşayan sakinlər daha yaxşı bilirlər hansı işlər görülməlidir. Mənim rayonlara səfərlərimin səbəbindən biri də ondan ibarətdir ki, özüm vəziyyətlə tanış olum, görüm hansı işlər görülməlidir, əlavə nə etmək lazımdır və bütün bu işləri biz görək”.

 


Prezident İlham Əliyevin sözlərinə görə, son illər ərzində Azərbaycanda onlarla, yüzdən çox körpü tikilib: “Körpü tikmək çox gözəl bir işdir. Körpü həyat verir, rahatlıq verir. Körpü inkişaf deməkdir. Son illərdə müxtəlif yerlərdə, hər bir bölgədə körpülər, yollar, tunellər tikilib”.

 

Dövlət başçısı onu da vurğulayıb ki, hələ görüləsi işlər çoxdur. “Növbəti illərdə görüləsi işlər arasında xüsusi əhəmiyyət daşıyan su layihəsi olacaq”-deyə, prezident əlavə edib.
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 516
avatar

Oxşar yazılar