QHT Şurası 2015-ci ilin I rübünə yekun vurub
15 aprel 2015 19:37 (UTC +04:00)

QHT Şurası 2015-ci ilin I rübünə yekun vurub

0

 Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Lent.az-ın məlumatına görə, şura sədri, millət vəkili Azay Quliyev iclası açaraq gündəlikdə dayanan Şuranın 2015-ci 1-ci rübdəki fəaliyyətinə dair hesabat, 2015-ci il ikinci maliyyə yardımı müsabiqəsinin elan edilməsi, xarici QHT-lər üçün qrant müsabiqəsinə təqdim olunan layihələr, beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələləri haqqında məlumat verib.

 

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranın Əsasnaməsinə və QHT-lərə dövlət dəstəyi Konsepsiyasına uyğun olaraq 2015-ci ilin I rübündə görülən işlər haqqında ətraflı məlumat verib.

 

İclasda  15 aprel – 15 may 2015-ci il tarixlərində aşağıdakı mövzular üzrə 2015-ci ilin II qrant müsabiqəsinin elan edilməsi haqqında qərar qəbul olunub. Müsabiqənin mövzusu, şərt və qaydaları haqqında məlumat www.cssn.gov.az, www.qhtxeber.azwww.e-qht.az saytlarında  yerləşdirilib.

 

İclasda “Daşınmaz Əmlak Sahiblərinə Hüquqi Yardım” İctimai Birliyinin müraciəti nəzərə alınaraq Şuranın 2015-ci il I qrant müsabiqəsi çərçivəsində təşkilatın layihəsinin maliyələşdirilməsi haqqında qərar ləğv edilib.

 

Şura üzvləri iclasda xarici QHT-lər üçün qrant müsabiqəsinə təqdim olunan layihələrlə bağlı müzakirələr aparıb və müvafiq qərarlar qəbul ediblər.

 

İclasda həmçinin beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələləri geniş müzakirə edilib.

 

İclasın sonunda Şura üzvü,  “Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası”nın rəhbəri Gülnarə Hüseynova yubileyi münasibəti ilə Şura sədri tərəfindən fəxri fərmanla təltif edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 241

Oxşar yazılar