Qənirə Paşayeva Adıyaman valisi ilə görüşüb
15 aprel 2015 16:05 (UTC +04:00)

Qənirə Paşayeva Adıyaman valisi ilə görüşüb

 

Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Adıyamana səfəri zamanı Adıyaman valisi Mahmut Demirtaşla görüşüb. Lent.az-ın məlumatına görə, görüşdə “Türkiyənin uğuru Azərbaycanın, Azərbaycanın uğuru isə Türkiyənin uğurudur. Ümumilli Lider Heydər Əliyevin də dediyi kimi biz bir millət iki dövlətik” - deyən millət vəkili vali ilə söhbət zamanı Dağlıq Qarabağ problemindən geniş danışıb.

 

Qənirə Paşayeva Adıyaman valisinə həmmüəllifi olduğu Türkiyə türkcəsində “Xocalı Soyqrımı tanıqların dilindən” kitabını hədiyyə edib. Qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması, Qarabağ həqiqətlərinin, Xocalı Soyqırımı gerçəklərinin dünyaya daha geniş şəkildə tanıdılmasında gənclərimizin üzərinə böyük bir missiya düşdüyünü, bu mövzuları özündə əks etdirən konfransda məruzə ilə çıxış edəcəyini və gənclərin suallarını cavablandıracağını deyən deputat gənclərin bu məsələlərdə aktivlik göstərməli olduqlarını vurğulayıb.

 

Xüsusən  son günlərdə Roma Papasının qondarma erməni soyqırımı ilə bağlı açıqlaması, Avropa Parlamentində bu məsələ ilə bağlı ədalətsiz müzakirələri vurğulayan Q. Paşayeva dünyanın hər yerində  bu yalanlara qarşı mübarizəni daha da artırmalıyıq deyib.

 

M. Demirtaş isə öz növbəsində görüşdən məmnunluğunu bildirib.

 

Millət vəkili valiyə “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabının da müəllifi olduğunu və kitabın növbəti hissələrində Adıyamanın da yer alacağını bildirib və onu ölkəmizə dəvət edib.

 

Azərbaycanın bir çox şəhərləri və bələdiyyələri Türkiyənin şəhər və bələdiyyələri ilə qardaşlaşdığını vurğulayan millət vəkili, Adıyamanın da Azərbaycanın hər hansı bölgəsi ilə qardaşlaşması bu baxımdan önəmli olduğunu qeyd edib.

 

Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Adıyaman valisinə özünün müəllifi olduğu kitablarla yanaşı Azərbaycanın tarixi, mədəniyyəti, Dağlıq Qarabağ həqiqətlərindən bəhs edən kitabları, materialları, rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstutu İB-nin hazırladığı “Azərbaycan Həqiqətləri” sənədli filmlər kataloqunu və Azərbaycan bayrağı hədiyyə edib. Adıyaman valisi də millət vəkili Qənirə Paşayeva Adıyamanla bağlı materiallar, kitablar hədiyyə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 301
avatar

Oxşar yazılar