Qaraçuxur məscidi fəaliyyətini bərpa edib
27 noyabr 2014 11:40 (UTC +04:00)

Qaraçuxur məscidi fəaliyyətini bərpa edib

Qaraçuxurda yandırılan məscid bu gün səhərdən fəaliyyətini bərpa edib.

 

Bu barədə APA-ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Siyavuş Heydərov bildirib.

 

S. Heydərov qeyd edib ki, məsciddə təmir işləri artıq başa çatdırılıb, ibadət bərpa olunub. 

 

 

Sabah Cümə namazının da məsciddə qılınacağını qeyd edən S. Heydırov hadisənin törədilməsi ilə bağlı versiyalarını da açıqlayıb: “Bu məsciddə həm şiə, həm də sünni əhli bir yerdə ibadət ediblər, heç vaxt da orada problem qeydə alınmayıb. Heç vaxt sünni və şiələr arasında gərginlik olmayıb. Ona görə də bizim qənaətimiz odur ki, bunu üçüncü qüvvə törədib. Xüsusilə Məhərrəm ayında bu hadisəni törətməklə, Azərbaycanda sünni-şiə qarşıdurmasında maraqlı ola biləcək qüvvələr var. Bu qüvvəyə konkret hansısa ölkə tərəfindən dəstək verildiyini gözləmirik. Ola bilər ki, hadisə hansısa ölkədəki radikal qruplaşma tərəfindən planlaşdırılıb”.

 

Qeyd edək ki, noyabrın 25-dən 26-a keçən gecə naməlum şəxslər Qaraçuxur qəsəbəsində yerləşən məscidə içərisində yanacaq olan şüşə qab atıblar. Nəticədə məsciddə yanğın baş verib. Məsciddəki şəxslərin səyi nəticəsində yanğının qarşısı alınıb.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 622
avatar

Oxşar yazılar