Prezident Astaraya 5,5 milyon manat ayırdı
13 aprel 2015 19:08 (UTC +04:00)

Prezident Astaraya 5,5 milyon manat ayırdı

Prezident İlham Əliyev Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, ölkə başçısı Astara şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, o cümlədən 2 saylı tam orta məktəb binasının əsaslı təmiri və Taxtanəkəran-Miki, Taxtanəkəran-Toradi kəndlərarası avtomobil yollarının yenidən qurulması məqsədi ilə 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5,5 milyon (beş milyon beş yüz min) manat ayırıb. O cümlədən 2 saylı tam orta məktəb binasının əsaslı təmiri üçün 2,5 milyon (iki milyon beş yüz min), kəndlərarası avtomobil yollarının yenidən qurulması üçün ilkin olaraq 3,0 (üç) milyon manat ayrılıb.

 

Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 137
avatar

Oxşar yazılar