Ötən il 69 nəfərin dövlət qulluğuna xitam verilib
10 aprel 2015 10:36 (UTC +04:00)

Ötən il 69 nəfərin dövlət qulluğuna xitam verilib

 

2014-cü ildə mərkəzi icra, yerli icra və məhkəmə hakimiyyəti orqanları üzrə dövlət qulluğunda olmanın yaş həddinə çatmasına görə 69 nəfər dövlət qulluqçusunun dövlət qulluğuna xitam verilib.


 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, həmin dövlət qulluqçularının sayı mərkəzi icra hakimiyyəti orqanları üzrə 20 nəfər, yerli icra hakimiyyəti orqanları üzrə 48 nəfər və məhkəmə hakimiyyəti orqanları üzrə 1 nəfərdir.

 

Dövlət qulluqçularının Reyestri vasitəsilə dövlət qulluğunda olma müddəti uzadılmış 65 yaşlı dövlət qulluqçularının sayı da müəyyənləşdirilib.

 

Dövlət qulluğunda olma müddəti uzadılmış dövlət qulluqçuların sayı mərkəzi icra hakimiyyəti orqanları üzrə 119 nəfər, yerli icra hakimiyyəti orqanları üzrə 167 nəfər, məhkəmə hakimiyyəti orqanları üzrə 15 nəfərdir: “Daha çox dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti uzadılmış mərkəzi icra hakimiyyəti orqanları Dövlət Statistika Komitəsi üzrə 25 nəfər, Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə 14 nəfər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 13 nəfər,Əmlak Məsələləri Dövlət Komitəsi üzrə 11 nəfər, Gənclər və İdman Nazirliyi üzrə 10 nəfərdir”.

 

Daha çox dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti uzadılmış yerli icra hakimiyyəti orqanları Bakı Şəhər İcra Hakimiyyəti üzrə 10 nəfər, KəlbəcərRayon İcra Hakimiyyəti üzrə 7 nəfər, Yevlax Şəhər İcra Hakimiyyəti üzrə 7 nəfər və Sumqayıt Şəhər İcra Hakimiyyəti üzrə 6 nəfər olub.

 

Daha çox dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti uzadılmış məhkəmə hakimiyyəti orqanları Bakı Apellyasiya Məhkəməsi üzrə 2 nəfər və Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə 2 nəfərdir.

 

Qeyd edək ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 32-1.1-ci maddəsinə əsasən  dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi 65-dir.

 

Həmin Qanunun 32-1.2-ci maddəsinə əsasən 65 yaşına çatmış dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Dövlət qulluqçusunun dövlət qulluğunda olma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 279
avatar

Oxşar yazılar