Ötən il hotellərimizdə 392.6 min turist qalıb
14 aprel 2015 15:22 (UTC +04:00)

Ötən il hotellərimizdə 392.6 min turist qalıb

Dövlət Statistika Komitəsi 2014-cü ildə mehmanxana və mehmanxana tipli müəssisələrin fəaliyyətinə dair aparılmış müşahidənin  nəticəsini açıqlayıb. Komitədən Lent.az-a verilən məlumata görə, bu dövrdə ölkədə mövcud olan 535 mehmanxana və mehmanxana tipli müəssisələrdə nömrələrin (otaqların) sayı 2013-cü illə müqayisədə 4,9 faiz artaraq 17363 vahid, birdəfəlik tutum isə 5,0 faiz artaraq 35652 çarpayı-yer olub. Birdəfəlik tutumun 11792-si Bakı şəhərində yerləşən mehmanxanalarda, 23860-ı isə ölkənin digər şəhər və rayonlarındakı mehmanxanalarda mövcuddur. Mehmanxanaların 5,0 faizi dövlət, 95,0 faizi isə qeyri-dövlət müəssisələridir. 2013-cü illə müqayisədə mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilmiş şəxslərin sayı 0,9 faiz artaraq 672,3 min nəfər olub ki, onların da 58,4 faizi xarici ölkə vətəndaşlarıdır. Yollayışla gələn turistlərin sayı 93,0 min nəfər olmaqla yerləşdirilmiş şəxslərin ümumi sayının 13,8 faiz olub.

 

Ölkə mehmanxanalarının xidmətindən ölkəyə gələn xarici turistlərin 73,2 faizi istifadə edib. Bu dövrdə mehmanxanalarda keçirilən gecələmələrin sayı özündən əvvəlki illə müqayisədə 0,8 faiz artaraq 1687,5 min adam-gecə olub. Gecələmələrin 47,6 faizi xarici ölkə vətəndaşlarının payına düşür. Ümumi gecələmələrin 64,1 faizi Bakı şəhərində, qalanı isə digər rayonlarda (şəhərlərdə) qeydə alınıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 167
avatar

Oxşar yazılar