Orta məktəb şagirdləri GMO məhsullar barədə maarifləndiriləcək
10 aprel 2015 12:18 (UTC +04:00)

Orta məktəb şagirdləri GMO məhsullar barədə maarifləndiriləcək

 

“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Orta məktəb şagirdlərinin GMO məhsulların insan sağlamlığı üçün yaratdığı təhlükələr barədə maarifləndirilməsi” layihəsinin icrasına başlayıb.

 

Lent.az-ın məlumatına görə, layihənin məqsədi orta məktəblərin şagirdlərini GMO məhsulların insan sağlamlığı üçün yaratdığı təhlükələr barədə maarifləndirməkdir. Layihə çərçivəsində orta məktəb şagirdləri üçün maarifləndirici xarakterli material hazırlanacaq və Yevlax rayonunda orta məktəb şagirdləri arasında paylanacaq, pilot olaraq seçilmiş orta məktəbdə GMO məhsullar, bu məhsulların insan sağlamlığı üçün yarada biləcəyi təhlükələrlə bağlı inşa müsabiqəsi elan ediləcək.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 124
avatar

Oxşar yazılar