GÜNÜN ŞƏRHİ
Etyen Mahçupyanı AKP hökumətinə Ərdoğan-Gülən qarşıdurması qazandırdı. Gülən mediasının önəmli isimlərindən olan Mahçupyan “Zaman” qəzetinin köşə yazarı və xəbərlər müdiri olmuş, Hrant Dinkdən sonra “Aqos” qəzetinə rəhbərlik etmiş bir simadır. “Paralel yapı” söhbətindən sonra Gülən camaatının öndə gedən simaları kimin yanında yer almaq sualı qarşısında qalarkən Etyen Mahçupyan düşünmədən bir düşərgəni digərinə dəyişdi. Və baş nazirin baş müşaviri təyin olunması da Gülən camaatına xəyanətin mükafatı idi. Mahçupyan həm də Türkiyə hökumətində bir dönəm qabarıq nəzərə çarpan “erməni məsələsində yumşalma” siyasətinin məhsulu idi. Ermənini baş müşavir təyin etməklə AKP hökuməti dünyaya “bizim ermənilərlə problemimiz yoxdur, onların bizimlə problemi var” mesajı vermiş olurdu. Amma dünya, özəlliklə Ermənistan bu mesajı qəbul etmədi, əvəzində qazanan Mahçupyan və erməni diasporu oldu. Davudoğlu hökumətinin daha bir məqsədi Mahçupyan vasitəsilə Avropa və Amerikanın önəmli erməni diaspor quruluşlarına təsir göstərmək idi. Amma gözləntilər özünü doğrultmadı, Mahçupyan hökumətdə tutduğu mövqedən Türkiyənin deyil, erməni diasporunun maraqları üçün istifadə etdi. Günün reallığı budur - Mahçupyan missiyasını bitirib, onun baş müşavir postunda qalması üçün artıq heç bir səbəb yoxdur. Baş nazir Davudoğlu bundan sonra belə Etyen Mahçupyanı yanında saxlayıb, məsləhətlərinə qulaq asacaqsa, xalq dilində desək day heç zad...

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 15 Aprel
Oxşar yazılar

Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
18 iyul 2025 , 20:32
“Naxçıvan” hoteli sökülür
18 iyul 2025 , 19:31
Sabah Bakıda gözlənilən hava ilə bağlı XƏBƏRDARLIQ
18 iyul 2025 , 19:20
Bu BÜRCLƏR çoxdan gözlənilən mükafatı alacaqlar
18 iyul 2025 , 18:44
Sabahdan "Sea Breez"ə avtobus xətti açılır - Gedişhaqqı nə qədərdir?
18 iyul 2025 , 17:39
Fərid Şahbazlı: “150 illik milli mətbuat yolu Vətənə xidmətin şərəfli tarixidir”
18 iyul 2025 , 17:30Dəhşətli istilər bu tarixədək davam edəcək
18 iyul 2025 , 16:54