Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 14 Aprel
YORUM...
Qondarma “erməni soyqırımı” iddiaları ilə bağlı oyunda ən böyük kart Türkiyənin əlindədir... Bu, kart Osmanlı arxivləridir... Arxivləri ictimaiyyət üçün açıq elan edən Ankara bununla əlindəki kartı göstərmiş oldu və qarşı tərəfi da kartları açmağa çağırdı... Türkiyənin tarixçilərdən ibarət müştərək komissiya yaratmaq təklifi soyqırımı iddiaları oyununda Türkiyəni bir addım önə çıxardı və Ankara hələ də bir addım öndə olmanın üstünlüyündən yararlanmaqdadır... Tarixi tarixçilərin öhdəsinə buraxmaq sağlam düşüncəyə sahib olan hər kəs tərəfindən qəbul olunan bir tezisdir... BMT baş katibi də əslində bu tezisi təkrarlayıb və tərəfləri tarixi faktları araşdırmağa çağırıb... Baş katibin açıqlamasında ən önəmli məqam 1915-ci il hadisələrinin həssas məsələ olduğunu vurğulamasıdır... Yəni, diplomatik dildən xalq dilinə çevirdikdə baş katib demək istəyib ki, 100 il əvvəl baş verən hadisəyə qiymət verərkən tərəflərin, yəni Türkiyə və Ermənistanın maraqları balanslaşdırılmalıdır... Pan Gi Mun açıqlamasında “Osmanlı dövründə təqib” və “vəhşi cinayət” ifadələrini işlətməklə ermənilərin könlünü almağa çalışıb, həqiqətin yalnız tarixi faktlar araşdırılması zamanı üzə çıxacağını vurğulamaqla Türkiyənin mövqeyini müdafiə edib... Bu yanaşma ilə ermənilərin 100 illik ərəfəsində BMT-dən gözlədiyi dəstək ümidlərin puça çıxdığını söyləmək olar...
155