Nəriman Nərimanov kinoteatrı sökülüb. Ötən gün axşamdan başlayaraq, kinoteatrın ətrafına texnika cəlb olunub və söküntü işlərinə başlanılıb.
Mədəniyyət və Turizm Nazirliyindən modern.az-a bildirilib ki, kinoteantr nazirliyin balansından çıxıb.
Nərimanov rayon İcra Hakimiyyətindən isə obyektin bir müddət əvvəl özəlləşdirildiyi bildirilib. Bəzi məlumatlara görə, kinoteatrın yerində iaşə obyektinin tikilməsi planlaşdırılır.
Kinoteatr uzun müddət idi ki, çayxana və mebel salonu kimi fəaliyyət göstərirdi.