“Hazırda Azərbaycanda yoluxucu xəstəliklər yox səviyyəsindədir”.
Bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva APA-ya açıqlamasında bildirib. Onun sözlərinə görə, yoluxucu xəstəliklərlə bağlı vəziyyət tam normal və stabildir, heç bir problem yoxdur.
A.Əliyeva ölkədə qızılca xəstəliyi ilə bağlı mövcud vəziyyət barədə də məlumat verib: “Azərbaycana qonşu olan bütün ətraf ölkələrdə də vəziyyət stabildir. Ölkələrin heç birində xəstəlik insanlar arasında qeydə alınmayıb. Qızılca ilə bağlı Azərbaycanda da hər hansı bir problem yoxdur. Ölkədə vəziyyət tam normal və stabildir”.