“Hazırda makroiqtisadi sabitliyin qorunub saxlanması, enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunması, iqtisadiyyatın diversifikasiyası, bütün sahələrdə ardıcıl inkişaf strategiyası uğurla həyata keçirilməkdədir”. Lent.az-ın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib.
Nazir vurğulayıb ki, hazırda qeyri-neft sektoru valyuta gətirə biləcək strateji bölməyə çevrilib.
”Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi müstəqil Azərbaycanın zəngin təbiətini, təbii sərvətlərini qorumaq, bərpa etmək istiqamətində vaxtilə başlanılmış işləri davam etdirir, bu yöndə yeni-yeni layihələr həyata keçirilir. Ölkəmizin ən ciddi ekoloji problemlərinin həllinə cəmiyyətin, yerli və beynəlxalq təşkilatların diqqəti cəlb olunmaqla dövlətin müəyyənləşdirdiyi ekoloji siyasət reallaşdırılır”-deyə, H. Bağırov əlavə edib.
Nazir onu da vurğulayıb ki, “Meşələrin bərpası və artırılmasına dair” Milli Proqram çərçivəsində meşəsalma və meşəbərpa tədbirlərinin ilbəil intensivləşdirilməsi hesabına son on ildə meşə ilə örtülü ərazilərin sahəsi 1 milyon 21 min hektarı keçərək ümumi ölkə ərazisinin 11,4 faizindən 11,8 faizinə çatdırılıb.