“Abituriyentlər valideynlərin təzyiqi altında qalır…”
Tələbə Qəbulu üzrə Dövlət Komissiysının sədri Məleykə Abbassadə abituriyeyntləri imtahanın qaydalarına riayət etməyə, qaydaları pozmamağa çağırıb.
Lent.az-ın verdiyi məlumata görə, bu gün keçirdiyi mətbuat konfransında Məleykə Abbaszadə deyib ki, qaydaları pozan abituriyentlərin nəticələri ləğv olunur.
TQDK sədri bildirib ki, avqustun 6-dan ixtisas seçimi başlayır: “Abituriyent ixtisas seçimini özü aparmalı, sonra da kompüterin arxasında oturaraq kodları daxil etməlidir. Düzgün qərar qəbul etmək yalnız abituriyentlərdən asılıdır. Bu prosedurlar zamanı düzgün qərar qəbul etmək üçün abitiuryentlərə bütün məlumatları vermişik. I, III və IV qrup üzrə kitabçalar satışa çıxarılıb, kitabçaların elektron formada da satışa qoyulmasını tapşıracam. Abituriyent ixtisas seçimi aparan zaman ailə onun qarşısında 2 məhdudiyyəti qoya bilər. Gəncin yaşadığı şəhərdə, yoxsa ayrı bir şəhərdə ali məktəb seçməsini ailə həll etməlidir. Çox ali məktəblər var ki, yataqxanaları yoxdur. İkincisi, ailə razıdırmı ki, gənc dövlət sifarişi ilə yox, ödənişli yerlərdə oxusun? Ailə istəmirsə, abituriyentlərə ödənişli təhsili yazmağa məsləhət görmürük. Bu iki məsələni valideyn uşaqla birgə müzakirə etməlidir, ixtisas seçimində isə valideynlər uşaqlara sərbəstlik verməlidirlər. Məsələn, 600 baldan yuxarı yığan bir qız mənə müraciət edib deyir ki, valideynlərim məni hüquqşünas ixtisası seçməyə məcbur edirlər, bu balla ora daxil ola bilərəmmi? Həmin qız onu da yazır ki, arzusu əslində tərcümə ixtisası olub. Yəni, çox vaxt abituriyentlər valideynlərin təziyqi altında qalır. Valideynlər övladlarını cəmiyyətdə daha prestijli sayılan ixtisaslarda görmək istəyirlər. Tutaq ki, abituriyent biologiya müəllimi olmaq istəyir, yüksək bal toplayanda isə valideyn onun tibb ixtisaslarına sənəd verməsini istəyr”.
Məleykə Abbaszadədən valideynlərə xəbərdarlıq
1652