Lisenziyasız gübrə satan məntəqələr aşkarlanıb
10 aprel 2015 19:12 (UTC +04:00)

Lisenziyasız gübrə satan məntəqələr aşkarlanıb

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Azərbaycan ərazisində aparılan yoxlama nəticəsində 9 satış məntəqəsinin lisenziyasız fəaliyyəti aşkar edilib.

 

Nazirlikdən Lent.az-a verilən məlumata görə, həmin satış məntəqələrində qeydiyyatdan keçməyən, istifadə müddəti bitən müxtəlif adda (Lardeta, Ortiva Top, Rubit, Endosul Fan, Ola Of 85 və s.) 25,5 kq pestisid dövriyyədən çıxarılıb, həmin məntəqələrin fəaliyyətləri dayandırılıb və qanunamüvafiq inzibatı tədbirlər görülüb.

 

Eyni zamanda yoxlama nəticəsində Salyan rayonu ərazisində lisenziyasız fəaliyyət göstərən Abdullayev İlqar Ağahəsən oğluna məxsus pərakəndə satış obyektində ölkə ərazisində ammonium nitrat gübrəsinin dəyəri 6,50 manat olduğu halda 9 manata satıldığı aşkar edilib və satış məntəqəsinin fəaliyyəti dayandırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 165

Oxşar yazılar