Prezident İlham Əliyev Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin yaradılmasının 15 illiyi münasibətilə bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb. Lent.az-ın məlumatına görə, sərəncama əsasən, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin yaradılmasının 15 illiyi ilə əlaqədar, Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının formalaşdırılmasında xidmətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə
Babayev Kamran İmran oğlu
Əkbərova Şölə Mürşüd qızı
Xudaverdiyev Ağahüseyn Kamal oğlu
“Tərəqqi” medalı ilə
Əliyev Comərd Rasim oğlu
Əzizov Fariz Nazim oğlu
Muradov Əmin Kamran oğlu
Muradov İlqar Nazim oğlu.