Təhsil nazirliyi kollec diplomu ilə müəllim işləməyin mümkün olub-olmadığına aydınlıq gətirib. Lent.az-ın məlumatına görə, Təhsil Nazirliyinin rəsmi Facebook səhifəsində vətəndaşların sualları cavablandırılarkən bildirilib ki, hazırda kollec diplomu ilə müəllim işləmək sahəsində problem yoxdur: “Lakin gələcəkdə tələblər dəyişəcək, buna görə də müəllim işləmək istəyən kollec tələbələrinin ali təhsil alması məqsədəmüvafiqdir”.
Nazirlik həmçinin qeyd edib ki, Azərbaycan Dövlət İqtisad Universitetini bitirənlər ümumtəhsil məktəblərində müəllim işləyə bilməz: “Ümumi təhsil müəssisələri direktorlarının müavinləri İKT məsələlərinə rəhbərlik edirlər. Gələcəkdə ümumtəhsil məktəblərinə maliyyə müstəqilliyi verilərkən zərurətdən asılı olaraq İKT üzrə müavin ştatlarının ayrılması məsələsinə baxılacaq”.