“İnformasiya əldə etmək haqqında” qanuna dəyişiklik edildi
04 fevral 2015 15:48 (UTC +04:00)

“İnformasiya əldə etmək haqqında” qanuna dəyişiklik edildi

Prezident İlham Əliyev  “İnformasiya əldə etmək haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi haqqında sərəncam imzalayıb. Lent.az-ın məlumatına görə, sərəncama əsasən, Nazirlər Kabineti qanunların və prezidentin aktlarının “İnformasiya əldə etmək haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb prezidentə təqdim etməlidir.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “İnformasiya əldə etmək haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.

Dəyişikliyə əsasən, qanuna yeni - "38.2.9. maliyyə əməliyyatları barədə məlumatlar” maddəsi əlavə edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 174
avatar

Oxşar yazılar