Bu gün fövqəladə hallar naziri Kəmaləddin Heydərov Rusiya Federasiyası Tatarıstan Respublikası baş nazirinin müavini, sənaye və ticarət naziri Ravil Zaripovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, qonaqları səmimiyyətlə salamlayan nazir ölkədə fövqəladə hallarla mübarizə sahəsində görülən işlər barədə ümumi məlumat verib.
Görüş zamanı qarşı tərəf Tatarıstan Respublikasında müvafiq sahələr üzrə ixtisaslaşmış müəssisələrin fəaliyyəti barədə geniş məlumat verib.
Sonra fövqəladə halların idarə olunması sahəsində əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.