Kəmaləddin Heydərov Naftalanda vətəndaşları qəbul edəcək
27 yanvar 2016 10:12 (UTC +04:00)

Kəmaləddin Heydərov Naftalanda vətəndaşları qəbul edəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 29 yanvar saat 11.00-dan Naftalan şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulu keçiriləcək. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, qəbulda Naftalan və Mingəçevir şəhərlərinin, Yevlax, Goranboy və Ağdaş rayonlarının sakinlərinin, habelə həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlərin müraciətlərinə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Naftalan şəhəri, Heydər Əliyev Mərkəzində 28 yanvar 2016-cı il tarixində saat 09.00-da başlayacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 354
avatar

Oxşar yazılar