İctimai Teleradio Yayımları Şirkətində daha bir şəxs vəzifəsindən azad edilib. İTV-dən Lent.az-a verdiyi məlumata görə, telekanalın Analitik proqramlar departamentinin direktor müavini, Telman Məmmədov vəzifəsindən azad olunub.
Qeyd edək ki, Cəmil Quliyev İTV-ə rəhbər gəldikdən sonra telekanalda bir neçə kadr dəyişikliyi həyata keçirilib. Artıq televiziyanın bütün departamentlərinin rəhbərliyi yeni kadrlarla əvəz olunub.