Heydər Əliyev prospektinin bir hissəsində yol bağlanır
11 aprel 2015 12:07 (UTC +04:00)

Heydər Əliyev prospektinin bir hissəsində yol bağlanır

Heydər Əliyev prospektinin Böyük Şor qovşağının qarşısından Heydər Əliyev Mərkəzinin qarşısına qədər olan hissəsində dünən gecə saat 2 radələrinə qədər alfalt-beton örtüyünün vurulması işləri tamamilə yekunlaşıb.

 

Bu barədə “APA-Economics”ə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin Mətbuat katibi Pünhan Mürsəliyevin məlumat verib.

 

P. Mürsəliyevin sözlərinə görə, Böyük Şor qovşağından Bağırov körpüsünə qədər xətlənmə işləri də yekunlaşıb: “Hazırda Bağırov körpüsünün qarşısından Heydər Əliyev Mərkəzinin qarşısına qədər olan hissədə kommunikasiya quyularının baxış qapaqlarının dəyişdirilməsi, yəni asfalt-beton örtüyünün səviyyəsi ilə eyniləşdirilməsi işləri gedir. Hava şəraiti imkan versə, bu gün Bağırov körpüsünün qarşısından Heydər Əliyev Mərkəzinin qarşısına qədər olan hissədə də xətlənmə işləri başa çatdırılacaq.”.

 

“Azəryolservis” rəsmisi bildirib ki, yaxın bir-iki gün ərzində Heydər Əliyev prospektinin Böyük Şor qovşağının qarşısından Heydər Əliyev Mərkəzinin qarşısına qədər olan əsas hissəsinin istifadəyə verilməsi üçün bütün qüvvələr səfərbər edilib.

 

P. Mürsəliyev həmçinin qeyd edib ki, bu gün axşamdan aprelin 11-dən 12-nə keçən gecə Heydər Əliyev prospektinin Heydər Əliyev Mərkəzinin qarşısından Böyük Şor qovşağına olan əsas hissəsi bağlanacaq: “Orada da təmir işlərinə başlanılacaq. Yəni, prospektin şəhər istiqamətindən Böyük Şor qovşağına qədər olan yolun əsas hissəsi bağlanacaq. Köməkçi yolların hər ikisi də açıq olacaq. Hava şəraiti imkan versə, çalışacağıq ki, bu işləri tez bir zamanda yekunlaşdıraq”. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 149
avatar

Oxşar yazılar