Həsən Əliyev küçəsində hərəkət qismən məhdudlaşdırılacaq
22 aprel 2015 14:46 (UTC +04:00)

Həsən Əliyev küçəsində hərəkət qismən məhdudlaşdırılacaq

Tərtib olunmuş qrafikə əsasən, bəzi küçə və prospektlərdə yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır. Lent.az-ın “Azəryolservis” ASC-yə istinadən məlumatına görə, bununla əlaqədar olaraq, bu gün saat 22:00-dan etibarən işlər başa çatanadək Həsən Əliyev küçəsinin Tbilisi prospektindən Atatürk prospektinin kəsişməsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

 

Sürücülərdən göstərilən müddət ərzində alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 91
avatar

Oxşar yazılar