Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti sentyabrın 5-nə gözlənilən hava proqnozunu açıqlayıb.
Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Lent.az-a verilən məlumata görə, sentyabrın 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz arabir güclü olacaq. Temperatur gecə 20-24 dərəcə, günün birinci yarısında 24-28 dərəcə, axşama doğru 24 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarına gəlincə, sentyabrın 5-də arabir yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Aran rayonlarında gecə 23-24 dərəcə, gündüz 28-33 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə, gündüz 18-23 dərəcə isti gözlənilir.