Gənclərin beynəlxalq tədbiri başladı
25 noyabr 2014 14:23 (UTC +04:00)

Gənclərin beynəlxalq tədbiri başladı

Gənclər üçün Təhsil Mərkəzi Avropa Komissiyasının “Erasmus+” proqramının dəstəyi ilə Bakı şəhərində beynəlxalq təlim kursuna başlayıb. Lent.az-ın məlumatına görə, İtaliya, Macarıstan, Çexiya, Estoniya, Rumıniya, Portuqaliya, Ukrayna, Gürcüstan və Azərbaycanı təmsil edən gənclərin iştirakı ilə keçirilən kursun əsas mövzusu ictimaiyyətlə əlaqələrin qurulması və PR fəaliyyətidir. Beynəlxalq təlimçilər tərəfindən aparılan kurs müddətində iştirakçıların “ASAN Xidmət” mərkəzinə və “Bakı-2015 Avropa Oyunları” Əməliyyat Şirkətinə səfər etməsi, onların ictimaiyyətlə əlaqələri ilə yaxından tanış olması nəzərdə tutulub.


Qeyd edək ki, tədbir çərçivəsində Azərbaycanda həyata keçirilməsi mümkün olan layihə ideyalarının müzakirə olunması da planlaşdırılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 409
avatar

Oxşar yazılar