Əhməd Davudoğlu Azərbaycanla əlaqələrdən danışdı
17 aprel 2015 10:31 (UTC +04:00)

Əhməd Davudoğlu Azərbaycanla əlaqələrdən danışdı

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Türkiyədə baş nazir Əhməd Davudoğlu ilə görüşüb. Nazirlikdən Lent.az-a verilən məlumata görə, görüşdə Azərbaycanın Türkiyə və Makedoniyadakı fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov, Türkiyənin əmək və sosial müdafiə naziri Faruk Çelik və digər rəsmi şəxslər iştirak ediblər.

 

Ə.Davudoğlu Türkiyə ilə Azərbaycan arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin daim uğurla inkişaf etdiyini bildirib. Baş nazir iki ölkə arasında əməkdaşlıq əlaqələrinin siyasi, iqtisadi və digər sahələrdə olduğu kimi, əmək və sosial müdafiə sahəsində də mütəmadi olaraq gücləndirildiyini vurğulayıb.

 

S.Müslümov Azərbaycan və Türkiyə arasında strateji xarakter daşıyan əməkdaşlığın eyni zamanda əmək, məşğulluq, miqrasiya, əhalinin sosial müdafiəsi sahəsini də əhatə etdiyini bildirib. Məlumat verilib ki, bu il ilk dəfə olaraq azərbaycanlı əlilliyi olan şəxslər reabilitasiya məqsədi ilə Türkiyənin Dənizli bölgəsindəki tibbi-sosial reabilitasiya mərkəzinə bərpa müalicəsi məqsədilə göndəriliblər və bu proses davam etdiriləcək.

 

Ölkəmizdə hərtərəfli və dinamik inkişafın sosial rifah halının yüksəlməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə müşahidə olunduğunu qeyd edən S.Müslümov Azərbaycan və Türkiyənin aidiyyəti nazirliklərinin əməkdaşlıq təcrübəsinin hər iki ölkədə əmək və sosial müdafiə sisteminin təkmilləşdirilməsinə xidmət etdiyini, əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyini vurğulayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 113

Oxşar yazılar