DSMF sistemində daha bir <span style="color:red;">YENİLİK
17 aprel 2015 13:45 (UTC +04:00)

DSMF sistemində daha bir YENİLİK

Dövlət Sosial Müdafiə Fondunda Pensiya İslahatları Seçimləri üzrə Simulyasiya Aləti kimi xarakterizə edilən PROST modeli üzrə keçirilən təlimlər başa çatıb. Fondun ictimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, bu məqsədlə Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə Dünya Bankı birgə PROST modelinin sığorta-pensiya sistemində tətbiq olunmasıyla bağlı brifinq-təqdimat keçirilib.

Tədbirdə çıxış edən DSMF-nin sədr müavini Zakir Babayev bildirib ki, prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiya”sı ilə müəyyən edilmiş əsas vəzifələrdən biri pensiya təminatı sisteminin perspektiv inkişafının aktuar modelləşdirmə əsasında proqnozlaşdırılmasının təmin edilməsidir. Qeyd olunub ki, bu məqsədlə DSMF tərəfindən çoxsaxəli funksional fəaliyyət planına start verilib və hazırda müxtəlif strateji istiqamətlər üzrə kompleks tədbirlər həyata keçirilməkdədir.

Brifinq-təqdimatda çıxış edən Dünya Bankının eksperti Tatyana Boqomolova PROST modelinin əhəmiyyətindən söz açaraq vurğulayıb ki, Dünya Bankı tərəfindən hazırlanmış bu model dünyanın 100-ə yaxın ölkəsində tətbiq edilib. Model sığortaolunanların gələcək pensiya təminatını, pensiya sisteminin uzunmüddətli dövrdə maliyyə dayanıqlılığını, sistemin gəlir və xərclərini, sığortaolunanların gələcək pensiya təminatına təsir edə biləcək amilləri müəyyənləşdirir və pensiya sistemində kəmiyyət və keyfiyyət təhlillərinin aparılmasında əhəmiyyətli rol oynayır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 146
avatar

Oxşar yazılar