DSMF-da 258 vakant yerə 521 nəfər namizədliyini irəli sürüb
16 fevral 2015 10:51 (UTC +04:00)

DSMF-da 258 vakant yerə 521 nəfər namizədliyini irəli sürüb

 

Dövlət Sosial Müdafiə Fondu (DSMF) üzrə vakant dövlət qulluğu vəzifələrinin müsabiqə yolu ilə tutulması üçün təklif edilən 258 yer üçün 521 nəfər ərizə ilə müraciət edib. DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, həmin vakant yerlər üzrə iştirakçılardan müsabiqənin test mərhələsində 156 nəfər uğur qazanıb və onlar seçimin 2-ci mərhələsi olan müsahibə mərhələsində iştirak edəcəklər.


2000-ci ilin iyul ayında “Dövlət qulluğu haqqında” qanunun qəbul edilməsi nəticəsində dövlət qulluğu sahəsində vahid sistemin formalaşdırılmasının əsası qoyulub. Ötən dövrdə ölkə prezidentinin rəhbərliyi ilə bu sahədə aparılan məqsədyönlü islahatlar dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi və insan kapitalının inkişafında mühüm rol oynayıb.
 

 

Ölkə üzrə dövlət qulluqçularının 10 faizi Dövlət Sosial Müdafiə Fondunda çalışır və onların arasında gənclər üstünlük təşkil edir. DSMF 2007-ci ildən dövlət qulluğu üçün kadrların müsabiqə və müsahibə əsasında seçilməsi, yerləşdirilməsi, dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunması, həmçinin dövlət qulluğu ilə bağlı digər məsələlərlə əlaqədar Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə əməkdaşlıq edir. 2007-2014-cü illərdə DSMF üzrə keçirilən müsabiqələrdə 3229 nəfər namizəd iştirak edib, bunlardan 605 nəfəri qalib gəlib və vəzifəyə uyğun gələn namizədlər müvafiq vəzifələrə təyin olunublar.
 

 

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə dövlət qulluğunda və əhalinin sosial müdafiəsi sahəsində səmərəli fəaliyyətlərinə görə DSMF-nin 4 əməkdaşı “Tərəqqi” medalı ilə, 17 əməkdaşı isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 205
avatar

Oxşar yazılar