Azərbaycanlı tələbələr “Çanaqqala 100” Twitter aksiyası üçün birləşdilər 
24 aprel 2015 14:44 (UTC +04:00)

Azərbaycanlı tələbələr “Çanaqqala 100” Twitter aksiyası üçün birləşdilər 

 

Çanaqqala savaşının 100 illiyi ilə bağlı Azərbaycan Dövlət İqtisad Universiteti tələbələrinin təşkilatçılığı ilə genişmiqyaslı twitter aksiyası keçirilib. Azərbaycan Dövlət İqtisad Üniverstetinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ölkənin 10 ali təhsil müəssisəsindən 5 minə yaxın tələbənin cəlb olunduğu aksiyanın keçirilməsində məqsəd “Twitter” sosial şəbəkəsi vasitəsilə 24 aprel qondarma erməni “soyqrımı”na qarşı böyük ifşa tədbirini həyata keçirmək və Çanaqqala zəfəri kimi qeyd olunan tədbirlərə dəstək göstərməkdir.

 

Aksiya Türkiyənin Çanaqqala vilayətində müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinin iştirakı ilə qələbənin 100 illiyinə həsr edilmiş təntənəli mərasim ilə paralel keçirilib.

 

“#Canakkale100” açar sözü vasitəsilə yayımlanan statuslarda Çanaqqala zəfərinin tarixi, erməni yalanları, Azərbaycan xalqına qarşı törədilən cinayətlər barədə informasiyalar paylaşılıb. Açar sözünün gün boyu aktiv saxlanılması məqsədilə tələbələrin sosial şəbəkələrdə paylaşımı növbəli şəkildə təmin edilib. Aksiyaya türk dünyasının müxtəlif ölkələrindən çoxlu sayda tələbə birlikləri və qeyri-hökumət təşkilatları dəstək verib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 142
avatar

Oxşar yazılar