Buraxılış imtahanı ilə bağlı TQDK sədrinə müraciət edildi
30 yanvar 2014 14:53 (UTC +04:00)

Buraxılış imtahanı ilə bağlı TQDK sədrinə müraciət edildi

TQDK sədri Məleykə Abbaszadənin regionlarda vətəndaşlarla görüşləri davam edir. Komissiyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, M. Abbaszadənin növbəti qəbulu yanvarın 30-da Cəlilabad şəhərində təşkil olunub. Qəbulda görüşün təşkil olunduğu rayonun sakinləri ilə yanaşı, Lənkəran, Astara, Masallı, Biləsuvar, Lerik və Yardımlı rayonlarından olan vətəndaşlar da iştirak edib.

Müraciətlərin çoxu təhsil və təlim-tərbiyə sahəsindəki məsələlərlə bağlı olub. Vətəndaşlar növbəti il üçün qəbul imtahanlarının keçirilmə vaxtlarında edilmiş dəyişikliklər, qəbul qaydalarında tətbiq olunan yeniliklər, sınaq imtahanlarının sayının artırılması, qabiliyyət imtahanları, buraxılış və monitorinq imtahanları və s. məsələlərə dair TQDK-nın sədrinə rəy və sorğularını bildiriblər. 

Bəzi vətəndaşların Komissiyanın səlahiyyətlərinə aid olmayan müraciətləri isə müvafiq təşkilatlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 911

Oxşar yazılar