Bu yay 529 əlil  istirahətə göndərilib
23 iyul 2013 17:04 (UTC +04:00)

Bu yay 529 əlil  istirahətə göndərilib

529 əlilin ölkənin  istirahət və sağlamlıq mərkəzlərində istirahəti təmin edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən lent. az-a verilən məlumata görə, onlardan 349-u Qəbələ, 180-i isə Lənkəran rayonlarında yerləşən istirahət mərkəzlərinə göndərilib. Mövsümün sonuna kimi daha 500 nəfər əlil istirahətə yola salınacaq.

 

 

Qeyd edək ki, tədbir “2013-cü ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” çərçivəsində təşkil olunur. Proqrama uyğun olaraq, il ərzində mindən çox əlilin istirahətinin təşkili nəzərdə tutulur. İstirahət mərkəzlərində xüsusi mədəni-kütləvi proqram çərçivəsində canlı musiqi, stolüstü oyun, futbol, voleybol yarışlarının keçirilməsi, göldə üzgüçülük, ətraf rayonlara gəzinti turlarının təşkili və  tarixi yerlərlə tanışlıq kimi tədbirlər həyata keçirilir.

   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 465
avatar

Oxşar yazılar