Binəqədidə ağacəkmə aksiyası keçirilib
13 aprel 2015 15:12 (UTC +04:00)

Binəqədidə ağacəkmə aksiyası keçirilib

Binəqədi rayonunda İDEA İctimai Birliyinin təşəbbüsü və Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib. İH-dən Lent.az-a verilən məlumata görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, “Bakı 2015 I Avropa Oyunları” Əməliyyat komitəsinin direktoru Elçin Səfərov, İDEA ictimai birliyinin layihələr departamentinin əməkdaşı Nigar Qarayeva, Binəqədi RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri və əməkdaşları, rayonun icra strukturlarının rəhbərləri, məktəblilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Rayonun Biləcəri qəsəbəsində yerləşən Stend atıcılığı mərkəzinin yaxınlığında gerçəkləşən tədbir açıq elan edildikdən sonra “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi barədə tədbir iştirakçılarına məlumat verilib. Bildirilib ki, Heydər Əliyev Fondunun vitse prezidenti, İDEA İctimai Birliyinin təsisçi və rəhbəri Leyla  Əliyevanın təşəbbüsü ilə təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində çoxsaylı tədbirlər və layihələr həyata keçirilib.

Tədbirdə çıxış edən “Bakı 2015 I Avropa Oyunları” Əməliyyat komitəsinin direktoru cənab Elçin Səfərova tədbirin  əhəmiyyətindən  danışıblar.

 

Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov vurğulayıb ki, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə gerçəkləşən yaşıllaşdırma aksiyaları vizual görünüşlə yanaşı, ekoloji mühitin qorunması, insanlar arasında təbiətə qayğı hissinin güclənməsi üçün ciddi əhəmiyyətə malikdir.

Ağacəkmə aksiyasının məhz bu məkanda keçirilməsinin təsadüfi olmadığını, Bakı 2015 I Avropa Oyunları çərçivəsində stend atıcılığı və dağ velosipedi yarışlarının bu əraziyə yaxın məkanlarda keçiriləcəyindən və bu mötəbər idman oyunları ərəfəsində belə aksiyaların əhəmiyyətindən danışan X.İsgəndərov Prezident İlham Əliyevin təşəbbüsü və yaratdığı imkanlar sayəsində baş tutacaq Bakı 2015 I Avropa Oyunlarının ölkə həqiqətlərinin təbliği baxımından bəlkə də bir diplomat ordusunun görəcəyi işə bərabər olduğunu xüsusi vurğulayıb.

Tədbir Binəqədi Rayon İcra Hakimiyyətinin “Bakı-2015” ilk Avropa Oyunları ərəfəsində elan etdiyi “Təmiz Binəqədi” sosial layihəsi çərçivəsində keçirilən “Təmiz Binəqədi – təmiz ideya” yazı müsabiqəsinə təqdim olunan məqalə müəlliflərinin mükafatlandırılması mərasimi ilə davam edib. Mərasim zamanı təltif olunan KİV nümayəndələrinə həm də simvolik olaraq “Bakı-2015” ilk Avropa Oyunlarına bilet təqdim edilib. Həmçinin, tədbir zamanı “Bakı 2015 I Avropa Oyunları” Əməliyyat komitəsinin direktoru Elçin Səfərova Binəqədi Rayon İcra Hakimiyyətinin hədiyyəsi təqdim olunub.

Sonra ağacəkmə aksiyasına start verilib, aksiya zamanı ümumilikdə 2000 ədəd şam ağacı əkilib, onlara qulluq göstərilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 409
avatar

Oxşar yazılar