<b>Siyəzəndə ana ölümü ilə bağlı araşdırma başladı -</b> <span style="color:red;">RƏSMİ
12 iyun 2018 10:31 (UTC +04:00)

Siyəzəndə ana ölümü ilə bağlı araşdırma başladı - RƏSMİ

Siyəzən rayonunda baş verən ana ölümü ilə bağlı araşdırma başlanılıb. Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib. O deyib ki, artıq hadisə nazirliyin Doğuşayardım Komissiyası tərəfindən araşdırılır. Araşdırma bitdikdən sonra bununla bağlı əlavə məlumat veriləcək.

 

Qeyd edək ki, Aytən Qasımova adlı qadın ötən gün Siyəzən Regional Diaqnostika Mərkəzinin doğum şöbəsinə yerləşdirilib.

 

Qadın doğuş zamanı dünyasını dəyişib, dünyaya gətirdiyi övladının isə vəziyyəti qənaətbəxşdir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 374
avatar

Yasəmən Bağırova

Oxşar yazılar