Bakı şəhər Baş Polis İdarəsi, Səbail rayon İcra Hakimiyyəti və rayon Polis İdarəsinin birgə təşkilalatçılığı ilə Səbail rayonundakı 6 saylı orta məktəb-liseydə «Ağ ölümə» yox deyək!» mövzusunda tədbir keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə Səbail rayon İcra Hakimiyyəti və rayon Polis İdarəsinin rəhbərliyi ilə yanaşı, Bakı şəhər Baş Polis İdarəsi və Səbail rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla İşin Təşkili bölmələrinin, məktəbin pedaqoji kollektivinin nümayəndələri və şagirdlər də iştirak ediblər.
Tədbiri açan Səbail rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon Komissiyasının sədri Eldar Ağayev rayonda yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərlən qorunması üçün aparılan işlər barədə ətraflı məlumat verib.
Səbail rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Mahmudov müasir dövrün ən qorxulu fəsadlarından olan narkomaniya, onun fəsadları barədə danışıb.