Bakının 2 böyük ticarət mərkəzi işıqsızdır
19 aprel 2015 12:10 (UTC +04:00)

Bakının 2 böyük ticarət mərkəzi işıqsızdır

 

 

Bakının tanınmış ticarət mərkəzlərindən olan “Laçın” və “Xalqlar dostluğu” ticarət mərkəzlərində 3 gündür işıqlar yanmır. Bu barədə Lent.az-a “Xalqlar dostluğu” ticarət mərkəzinin satıcıları məlumat veriblər. Onların sözlərinə görə, yaxınlıqda yerləşən “Lotos” və “Diqlas” ticarət mərkəzlərinin də işıqları kəsilsə də, sonradan yandırılıb. Satıcılar işıqlar yanmadığından bir neçə gündür işləyə bilmədiklərini deyiblər. 

 

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev isə Lent.az-a açıqlamasında bildirib ki, sözügedən ticarət mərkəzlərinin işıqlarının kəsilməsi “Azərişıq”la əlaqəli deyil: “Biz nə borca, nə də yenidənqurma işlərinə görə heç bir ticarət mərkəzinin işığını kəsməmişik. Ola bilər, həmin ticarət mərkəzlərinin işıqları daxili problemlərlə əlaqəli kəsilib”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 175
avatar

Oxşar yazılar