Bakıda tıxacların çox olduğu ərazilərdə tədbir görüləcək
15 aprel 2015 16:49 (UTC +04:00)

Bakıda tıxacların çox olduğu ərazilərdə tədbir görüləcək

Nəqliyyat Nazirliyi" Azəryolservis" ASC tərəfindən Bakı şəhərində hərəkətin tənzimlənməsi istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilir. Lent.az-ın məlumatına görə, növbəti tədbirlərdən biri də İnşaatçılar prospektində yerləşən dairədə (Dövlət Statistika Komitəsinin qarşısı) nəzərdə tutulur. Müxtəlif istiqamətlərdən sözügedən dairəyə  daxil olan nəqliyyat vasitələri nişanlanma xəttinin tələbini pozur ki, bu da ərazidə sıxlığın yaranmasına səbəb olur.

 

Belə ki, Naxçıvani küçəsindən hərəkət edən nəqliyyat vasitələri İnşaatçılar pospektindən gələn nəqliyyat vasitələrinə yol vermək əvəzinə  birbaşa dairəyə daxil olduğu üçün ərazidə tıxac yaşanır. Yaranmış vəziyyəti aradan qaldırmaq üçün Nəqliyyat Nazirliyi "Azəryolservis "ASC yaxın günlərdə həmin ərazidə müvafiq tədbirlər görməyi planlaşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 113
avatar

Oxşar yazılar