Bakının mərkəzi küçələrindən biri təmir olunur
25 fevral 2015 14:30 (UTC +04:00)

Bakının mərkəzi küçələrindən biri təmir olunur

Bakıda daha bir küçə təmirə bağlanıb. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən Lent.az-a verilən məlumata görə, Dilarə Əliyeva küçəsinin Keykab Səfərəliyeva küçəsi ilə kəsişməsindən "Azərbaycan Dəmir Yolları "QSC-in qarşısına qədər olan hissəsində asfalt-beton örtüyünün döşənməsinə başlanılıb. Artıq sözügedən küçənin Keykab Səfərəliyeva küçəsi ilə kəsişməsindən Puşkin küçəsi ilə kəsişməsinədək olan hissəsində frezlənmə və mərmər səki daşlarının düzülməsi işləri başa çatdırılıb. Hazırda bağlı olan hissədə işlər sürətlə davam etdirilir. Həmin hissənin 3 gün ərzində yekunlaşması gözlənilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 134
avatar

Oxşar yazılar