Bakı Ali Neft Məktəbinə (BANM) Xəzər Strateji İnstitutunun (HASEN) nümayəndə heyəti səfər edib. Ali məktəbin ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, səfər çərçivəsində Xəzər Strateji İnstitutunun (HASEN) Ali Məşvərət Şurasının üzvü, keçmiş səfir Halil Akıncı, İstanbul Universitetinin tədris üzrə nümayəndəsi, HASEN Ali Məşvərət Şurasının üzvü, professor Deniz Ülke Arıboğan, İstanbul Avrasiya İnstitutunun rəhbəri, HASEN Bilim ve Uzmanlar Şurasının rəhbəri Bekir Günay, HASEN –in Baş katibi Haldun Yavaş, HASEN-in strateji və siyasi məsələlər üzrə koordinatoru Əfqan Niftiyev, HASEN-in tədris işləri üzrə koordinatoru Emin Axunzadə, tədqiqatçı Seda Birol BANM-in rəhbərliyi, professor-müəllim heyəti və tələbələri ilə görüş keçiriblər.
Tədbiri açan BANM-in rektoru Elmar Qasımov qonaqları salamlayıb və onları Ali Məktəbdə görməkdən məmnunluq ifadə edib. Rəhbərlik etdiyi ali təhsil müəssisəsinin beynəlxalq əlaqələrindən, dünyanın bir çox tanınmış şirkətləri və universitetləri ilə qurulan əməkdaşlıqdan danışan rektor E.Qasımov Azərbaycanla Türkiyə arasındakı tarixi dostluq və qardaşlıq münasibətlərindən də söz açıb.
Xəzər Strateji İnstitutunun Ali Məşvərət Şurasının üzvü, keçmiş səfir Halil Akıncı yenidən Azərbaycana gəlişindən və BANM-də qonaq olmasından məmnunluğunu ifadə edib.
Sonda qonaqlar professor-müəlim heyəti və tələbələrin suallarını cavablandırdılar.