Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradovun və MBA Departamentinin direktoru dosent Nazim Hacıyevin “The impact assessment of investment on economic growth in competitive conditions in the Republic of Azerbaijan” adlı elmi məqaləsi “Global journal for research analysis” (IMPACT 3,1218) jurnalında çap edilib.
İqtisadiyyat Universitetindən Lent.az-a verilən məlumata görə,məqalədə Azərbaycan iqtisadiyyatının statistik məlumatları əsasında Keyns tipli istehlak funksiyasının parametrləri ekonometrik olaraq qiymətləndirilib. Başqa sözlə, istehlaka son hədd meylliliyi tapılaraq avtonom investisiyaların artımının ÜDM-ə təsirini əks etdirən multiplikator müəyyənləşdirilib.
Məqalənin sonunda ÜDM-in tarazlı artımının yaradılması üçün multiplikator və akseleratorun zəruri qiymətləri verilib və onun əldə olunması istiqamətləri göstərilib.