Azərbaycanda orta ömür uzunluğu 74,2 yaşa çatıb
16 aprel 2015 11:36 (UTC +04:00)

Azərbaycanda orta ömür uzunluğu 74,2 yaşa çatıb

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Dünya Bankının müvafiq layihəsi çərçivəsində Azərbaycanda demoqrafik vəziyyətlə əlaqədar aparılmış araşdırmanın nəticələri təqdim olunub. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, təqdimat zamanı çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, Azərbaycan eyni zamanda demoqrafik sabitliyin hökm sürdüyü bir ölkədir. 1994-cü ildən sonra ötən dövrdə Azərbaycan əhalisinin sayı sabit qaydada artaraq cari il martın əvvəlinə 9,6 milyonu ötüb. Əhalinin illik artım tempinin 1,3 faiz təşkil etdiyi Azərbaycan bu göstərici ilə Avropada ilk yeri tutur. Respublikada həmçinin körpə və uşaq ölümü halları  müvafiq olaraq 2,3 dəfə və 3,5 dəfə azalıb. Təkcə cari ilin yanvar-fevral ayları ərzində doğulanların sayı ölənlərin sayından 18,5 min nəfər çox olub. Cari ilin ilk iki ayı ərzində ölkədə 27,9 min, yaxud hər gün orta hesabla 473 körpə doğulub və əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 18,2 təşkil edib”.

 

 

 

Eyni zamanda ölkədə doğulanda gözlənilən ömür uzunluğunun da 4,6 il artaraq 74,2 yaşa çatdığını qeyd edən nazir ölkədə əhali sakinliyi və demoqrafiya sahəsində siyasətin BMT-nin “Əhali və İnkişaf” üzrə Fəaliyyət Proqramının prinsiplərinə uyğun şəkildə uğurla davam etdirildiyini diqqətə çatdırıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 150
avatar

Oxşar yazılar