Azərbaycanda növbəti sınaq imtahanı keçirilir
12 aprel 2015 08:00 (UTC +04:00)

Azərbaycanda növbəti sınaq imtahanı keçirilir

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün respublikanın 32 şəhər və rayonunda sınaq imtahanları keçirir.

 

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Masallı, Balakən, Ağcabədi, Ucar, Bərdə, Ağdam, Şəmkir, Gədəbəy, Ağstafa, Göyçay, Ağsu, Goranboy, Qəbələ, Sabirabad, Şirvan, Lənkəran, Astara, Xaçmaz və Qusar şəhərlərində, eləcə də Naxçıvan Muxtar Respublikasının Babək, Kəngərli, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında ümumilikdə 64 binada təşkil olunacaq.

 

İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 48376 abituriyent qeydiyyatdan keçib.

 

İmtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcək. Başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçmiş abituriyentlər imtahan binasına buraxılmayacaqlar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 118
avatar

Oxşar yazılar