Azərbaycanda elmi nəşrlərin arxiv bazası yaradılacaq
11 aprel 2015 10:22 (UTC +04:00)

Azərbaycanda elmi nəşrlərin arxiv bazası yaradılacaq

 

Təhsil naziri Mikayıl Cabbarov “Thomson Reuters” şirkətinin Rusiya və MDB ölkələri üzrə prezidenti Pyotr Marçevskini qəbul edib.

 

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan üçün elmi nəşrlərin arxiv bazasının yaradılması sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

 

Pyotr Marçevski “Thomson Reuters” şirkətinin dünyanın bir çox ölkəsində təhsil, elm, hüquq, maliyyə və bu kimi digər sahələrdə fəaliyyət göstərdiyini bildirib. O, şirkətin Azərbaycanla uzunmüddətli əməkdaşlıq etmək niyyətində olduğunu nəzərə çatdırıb.

 

Təhsil naziri Mikayıl Cabbarov bu sahədə qarşılıqlı əməkdaşlığı müsbət qiymətləndirib və gələcək əlaqələrin əhəmiyyətini qeyd edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 113
avatar

Oxşar yazılar