ASAN xidmət Kürdəmirdə
06 avqust 2013 10:35 (UTC +04:00)

ASAN xidmət Kürdəmirdə

Prezident İlham Əliyevin tapşırığına əsasən “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməyə davam edir. Lent.az-ın məlumatına görə, artıq Quba şəhərində Quba, Qusar və Xaçmaz, Şirvan şəhərində Şirvan və Hacıqabul, Sabirabad rayonunda  Sabirabad və Saatlı, Şamaxı şəhərində  Şamaxı, Qobustan və Ağsu,  Salyan rayonunda  Salyan və Neftçala, İsmayıllı rayonunda İsmayıllı, Astara rayonunda  Astara, Qəbələ rayonunda isə Qəbələ rayonunun  sakinlərinə ASAN Səyyar Xidmət göstərilib.

5-20 avqust tarixində Kürdəmir rayonunun ümumi sayı 100 mindənn çox olan sakini ASAN Səyyar Xidmətdən yararlana biləcək. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

ASAN Səyyar Xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 829
avatar

Oxşar yazılar