Aprelin 29-da Azərbaycan Milli Elmlər Akademiyasının illik Ümumi yığıncağı keçiriləcək.
AMEA-dan Lent.az-a verilən məlumata görə, tədbirdə akademiyanın 2014-cü ildəki fəaliyyəti haqqında hesabat təqdim olunacaq, AMEA-nın vitse-prezidenti vəzifəsinə və bir sıra bölmələrinin akademik-katibi vəzifəsinə seçkilər keçiriləcək. Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı və AMEA-nın adlı mükafatlarının təqdimatı da tədbirin gündəliyinə daxil olan məsələlərdəndir .
Ümumi yığıncaqda, həmçinin, akademiyanın müvafiq elmi bölmələrinin sərgi eksponatları nümayiş etdiriləcək.
Tədbirdə AMEA-nın institut və təşkilatlarından olan alim və mütəxəssislərlə yanaşı, AR dövlət və ictimai təşkilatlarının nümayəndələri, müvafiq nazirlik, elmi müəssisə və ali məktəblərin rəhbərləri də iştirak edəcəklər.