Ali məktəblərdə qeydiyyatın vaxtı açıqlandı
19 avqust 2013 10:47 (UTC +04:00)

Ali məktəblərdə qeydiyyatın vaxtı açıqlandı

“2013/2014-cu tədris ili üçün ali məktəbin bakalavr pilləsinə qəbulla bağlı keçirilmiş müsabiqədən uğurla keçmiş şəxslər avqustun 20-dən 29-a qədər qəbul olunduqları ali məktəblərdə qeydiyyata düşməlidirlər”. Bunu Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat katibi Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, tələbələr qeydiyyata düşmək üçün gecikməməli, müəyyən olunmuş vaxta qədər bu proseduru başa çatdırmalıdırlar: “Avqustun 29-a kimi onlar qəbul olunduqları ali məktəbdə qeydiyyata düşməsələr, o zaman bu onların həmin ixtisasdan imtinası kimi qiymətləndiriləcək”.

 

Onu da qeyd edək ki, ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinin siyahısı “Abituriyent” jurnalının 7-ci sayında dərc olunub. Həmin yerlərə ixtisas seçimi 22-dək internet vasitəsilə aparılır. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas məktəblərinin ixtisaslarının da kodlarını göstərə bilərlər.

# 1240

Oxşar yazılar